Vladimir Putin vә Binyamin Netanyahu arasında telefon danışığı olub
Bu barәdә Rusiya Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rusiya prezidenti Vladimir Putin vә İsrail baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
Bu barәdә Rusiya Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, görüşdә Suriya mәsәlәsindә Ruriya ilә İsrail arasında әmәkdaşlıq imkanları müzakirә olunub. Söhbәt zamanı hәmçinin regional mövzular әtrafında fikir mübadilәsinin aparıldığı bildirilib.
Mәlumatda görüşdә beynәlxalq terrorizmlә mübarizә mәsәlәsinin dә gündәmә gәldiyi bildirilib.
İsrail baş naziri Binyamin Netanyahunun söhbәt zamanı qısa müddәt әvvәl Ukraynaya etdiyi sәfәr ilә bağlı Putini mәlumatlandırdığı vurğulanıb. Tәrәflәr hәmçinin Rusiya ilә İsrail arasındakı ikitәrәfli ticarәt vә iqtisadi әmәkdaşlığın güclәndirilmәsi mәsәlәsini dә müzakirә ediblәr.
Liderlәrin görüşlәrin davam etdirilmәsi mәsәlәsindә razılıq әldә etdiklәri bildirilib.