Makron: "Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər"

Fransa prezidenti Emmanuel Makron Hindistan hökumətinin Cammu Kəşmirə xüsusi status verən 370-ci maddəni ləğv etməsindən sonra Hindistan və Pakistan arasındakı artan gərginliyin bu ölkələrin özü tərəfindən aradan qaldırılmalı olduğunu söylədi.

1257251
Makron: "Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər"

Fransa prezidenti Emmanuel Makron Hindistanın Baş naziri Narendra Modi ilə birgə mətbuat konfransı keçirdi.

Fransa prezidenti mətbuat konfransında iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini vurğulayaraq: “Problem Hindistan və Pakistan arasında qarşılıqlı şəkildə həll edilməlidir. Hər iki tərəf bölgədəki gərginliyin artmaması üçün məsuliyyət daşıyır. Səylər terrorla mübarizəyə yönəldilməlidir” dedi.

Makron ölkəsinin mülki insanların hüquqlarını qorumaq məsələsində diqqətli olacağını qeyd edərək bu məsələ ilə əlaqədar Pakistanın baş naziri İmran Xanla da görüşəcəyini söylədi.

Prezident prioritetlərinin bölgədəki sabitlik və terrorla mübarizə olduğunu söylədi.

Fransa prezidenti Hindistanın baş naziri Narendra Modini 24-26 avqust tarixlərində ölkənin cənub bölgəsində Biarritzdə keçiriləcək G7 sammitinə dəvət etdi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr