İsrail hərbçiləri Anadolu Xəbər Agentliyinin operatorunu nəzarətə götürdülər

İsrail hərbçiləri yəhudi yaşayış məntəqəsi Dolevin ətrafındakı partlayışın görüntülərini çəkmək istəyən Anadolu Agentliyinin operatoru Hişam Əbu Şakranın çəkiliş aparmasına mane oldular.

1257438
İsrail hərbçiləri Anadolu Xəbər Agentliyinin operatorunu nəzarətə götürdülər
hisam ebu sakra.jpg

İsrail hərbçiləri yəhudi yaşayış məntəqəsi Dolevin ətrafındakı partlayışın görüntülərini çəkmək istəyən Anadolu Xəbər Agentliyinin operatoru Hişam Əbu Şakranın çəkiliş aparmasına mane oldular.

Hərbçilər operatoru nəzarətə götürdükdən bir müddət sonra sərbəst buraxdılar.

Qeyd edək ki, bu gün səhər İordan çayının işğal olunmuş qərb sahilindəki Ramallahın yaxınlığında qanunsuz  salınan Dolev yəhudi yaşayış məntəqəsinin ətrafında partlayış olub.

Partlayış nəticəsində bir israilli ölüb, iki nəfər ağır yaralanıb.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr