Braziliya Amazondakı yanğınla mübarizə apara biləcək qaynağının olmadığını açıqladı

Braziliya prezidenti Jair Bolsonaro ölkəsinin dünyanın ən böyük tropik meşələri Amazondakı yanğınla mübarizə apara biləcək qaynağının olmadığını bildirib.

1257008

Prezident Bolsonaro jurnalistlərin “Amazonlar Avropadan daha böyükdür. Belə bir yerdə baş verən meşə yanğınları ilə necə mübarizə aparacaqsınız? sualına belə cavab verib: “Bunun üçün qaynağımız yoxdur”.

Ultra sağçı prezident Bolsonaro keçən həftə Norveç və Almaniyanın Braziliyadakı meşələrlə əlaqədar davam etdirilə biləcək layihələri çərçivəsində təmin etdiyi fondları kəsmə qərarı ilə bağlı ölkəsinin pula ehtiyacı olmadığını söyləmişdi.

Digər tərəfdən Amazonlara təsir edən yanğına Paraqvay və Boliviya müdaxilə etməyə başladılar. Amazonlarda təsirli olan yanğın Boliviyada 500 min hektar meşənin yanmasına səbəb olmuşdu.

Prezident Bolsonaro ölkədə meşə yanğınlarının arxasında ekoloji qeyri-hökumət təşkilatlarının ola biləcəyini bildirib.

Әlaqәli Xәbәrlәr