Bolsonaro: "Makron Braziliyadan şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır"

Amazon meşələrindəki yanğın mövzusu Fransa və Braziliya prezidentləri arasında gərginliyə səbəb oldu.

1257355
Bolsonaro: "Makron Braziliyadan şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır"

"1,8 milyon hektardan artıq Amazon meşəliklərini bürüyən yanğın  beynəlxalq böhranı əks etdirir".

Bu fikri Fransa prezidenti Emmanuel Makron səsləndirib. O, həmçinin Böyük yeddiliyin Biarritzdə keçiriləcək sammitində bu mövzunu təcili müzakirə etməyə çağırıb.

“Bizim evimiz yanır. Sözün əsl mənasında. Amazoniya – bizə 20% oksigen verən, planetimizin ağciyərləri yanır. Bu, beynəlxalq böhrandır. G7 iştirakçıları, iki gündən sonra görüşək və bu fövqəladə vəziyyəti müzakirə edək”, - deyə prezident özünün “Twitter” səhifəsində yazıb.

“Təəssüf edirəm ki, prezident Makron Braziliya və digər Amazoniya ölkələrinin daxili məsələlərini şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır”.

Bu sözləri isə Braziliya prezidenti Jair Bolsonaro Fransa Prezidenti Emmanuel Makronun Amazon meşələrindəki yanğınla bağlı tvitinə cavab olaraq öz “Twitter” səhifəsində yazıb.  

Bolsonaro Fransa prezidentini qalmaqallı çıxış etməkdə və saxta foto paylaşmaqda ittiham edib.

“Braziliya hökuməti obyektiv məlumatlara və qarşılıqlı hörmətə əsaslanan dialoqa açıqdır. Fransa prezidentinin region ölkələrinin iştirakı olmadan Amazonla bağlı məsələləri "G7" sammitində müzakirəyə çıxarılması təklifi XXI əsrdə yersiz olan müstəmləkəçi düşüncəni xatırladır".

Xatırladaq ki, meşələrin qırılması və meşə yanğınlarını monitorinq edən Braziliyanın Milli Fəza Araşdırmaları İnsitutu bu il Amazon tropik meşəsində 74000-dən çox yanğın qeydə alıb ki, bu, keçən ilin eyni mövsümündəki yanğınlarla müqayisədə 84% çoxdur.

Elm adamları dünyanın ən böyük tropik meşəsi Amazonun qorunmasının ilqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli rol oynadığını bildirirlər.

 



Әlaqәli Xәbәrlәr