ABŞ Dövlət Departamenti Şərqi Qutaya kimyəvi silahla hücumun 6-cı ildönümündə bəyanat yaydı

Amerika Birləşmiş Ştatları Suriyada Bəşər Əsəd rejiminin Dəməşqin Şərqi Quta bölgəsində 1400-dən çox mülki vətəndaşı kimyəvi silahla qətlə yetirilməsinin 6-cı ildönümündə hücumlara görə məsuliyyətin rejimin üzərinə düşdüyünü bir daha bəyan etdi.

1256415
ABŞ Dövlət Departamenti Şərqi Qutaya kimyəvi silahla hücumun 6-cı ildönümündə bəyanat yaydı

ABŞ Dövlət Departamenti 21 avqust 2013-cü ildə Əsəd rejiminin Şərqi Quta bölgəsində mülki şəxslərə qarşı törətdiyi kimyəvi silah hücumu ilə əlaqədar yazılı bəyanat yaydı.

Bəyanatda deyilir: “Bu ölümcül silahların gələcəkdə istifadəsinin qarşısını almaq və Əsəd rejimini bu ağır cinayətlərə görə məsuliyyətə cəlb etmək məsələsindəki əzmimizi bir daha bildiririk. Rejimin öz xalqına qarşı həyata keçirdiyi kimyəvi silah hücumları unudula bilməz və buna qarşı tolerantlıq göstərmək mümkün deyil. Əsəd və rejimin digər üzvləri kimyəvi silah hücumlarına davam edərəcəklərini və buna görə cəzalandırılmayacaqlarını düşünürlərsə, səhv edirlər "

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi 8 ildən çox davam edən vətəndaş müharibəsində 216 dəfə kimyəvi silah tətbiq edib. Kimyəvi silahla ilk geniş miqyaslı qətliamını isə 21 avqust 2013-cü il tarixində Dəməşqin Şərqi Guta bölgəsində törədib. 1400-dən çox mülki vətəndaşın ölümünə səbəb olan qətliam beynəlxalq ictimaiyyətin gündəmi olub.

Rejimin əlində hələ də çox sayda kimyəvi silah mövcuddur



Әlaqәli Xәbәrlәr