ABŞ bu qərarı ləğv etməzsə, Çin tərəfindən sanksiya başlayacaq

Çin Xarici İşlər Nazirliyinin sözcüsü Qınq Şuanq etdiyi şərhdə bildirib...

1256279
ABŞ bu qərarı ləğv etməzsə, Çin tərəfindən sanksiya başlayacaq

  Çin Amerika Birləşmiş Ştatları “Tayvana 8 milyard dollarlıq 66 ədəd F-16 döyüş təyyarəsi satışı qərarı”nı ləğv etməszə, Amerika şirkətlərinə sanksiyaya başlayacağını açıqladı.

  Çin Xarici İşlər Nazirliyinin sözcüsü Qınq Şuanq etdiyi şərhdə bildirib: “ABŞ Tayvana döyüş təyyarəsi satışı planından qəti şəkildə imtina etməli və ora ilə bütün hərbi əlaqələri sona çatdırmalıdır. Əgər rəsmi Vaşinqton bu satış qərarından imtina etməzsə, sözügedən satışda iştirakı olan bütün Amerika silah şirkətlərinə Çin tərəfindən sanksiya tətbiq ediləcək.”

  Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Etibarlı İş Birliyi Agentliyi tərəfindən verilən məlumatda yazılır: "Pentaqon Tayvana xarici hərbi satışlar çərçivəsində 8 milyard dollarlıq 66 ədəd F-16C/D Blok 70 tipli təyyarə satışını təsdiq etdi və Konqresə göndərdi.”



Әlaqәli Xәbәrlәr