Hindistan Cammu Kəşmirdə əlavə hərbi qüvvə yerləşdirdi

Hindistan Cammu Kəşmirdə 125 min əlavə təhlükəsizlik qüvvəsi vəzifələndirdi.

1256127
Hindistan Cammu Kəşmirdə əlavə hərbi qüvvə yerləşdirdi

Hindistan Cammu Kəşmirdə 125 min əlavə təhlükəsizlik qüvvəsi vəzifələndirdi.

“The News” saytının hərbi qaynağa əsaslandırdığı xəbərə görə, Hindistan hökuməti Cammu Kəşmirdə daha 125 min hərbi qüvvə vəzifələndirib.

Adı açıqlanmayan hərbi qaynaq Cammu Kəşmirdə hazırda 500 min təhlükəsizlik qüvvəsinin olduğunu da qeyd edib.

Digər tərəfdən Hindistan hökumətinin Cammu Kəşmirin paytaxtı Srinaqarda təqribən 200 məktəbin yenidən açıldığını açıqlamasına baxmayaraq siniflərin boş qaldığı müşahidə edilib.

Bölgədəki ailələrin uşaqları ilə “ünsiyyətdə olmama” təhlükəsini qəbul edə bilmədiyi, telefon və internetin kəsilməsi sona çatanadək uşaqları evdə saxlamağa üstünlük verdikləri bildirilib.

Digər tərəfdən Bənqladeşin Xarici İşlər Nazirliyi də Hindistan hökumətinin Cammu Kəşmirə xüsusi status tanıyan 370-ci maddəni ləğv etməsinin ölkənin “daxili məsələsi” olduğuna dair açıqlama verib.

Xatırladaq ki, avqustun 5-də Hindistan Cəmmu Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı Hindistan Konstitusiyasının 370-ci maddəsini ləğv etmişdi. Bu maddə Kəşmirin Hindistan hissəsinə ölkənin başqa bölgələrindən daha böyük muxtariyyət tanıyırdı.

Qərarı qınadığını bildirən Pakistan hökuməti Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq qərarına gəlib və Hindistandan İslamabaddakı səfirini geri çağırmağı  tәlәb edib.

Pakistan hәmçinin Hindistanla ticari əlaqələrini rəsmi olaraq dayandırıb.



Әlaqәli Xәbәrlәr