Burkino Fasoda terror aktı: 24 hərbçi həlak oldu

Burkino Fasoda hərbi bazaya edilən hücum nəticəsində 24 hərbçi həlak olub.

1255739
Burkino Fasoda terror aktı: 24 hərbçi həlak oldu

Burkino Fasoda hərbi bazaya edilən hücum nəticəsində 24 hərbçi həlak olub.

Yerli mətbuatın məlumatına görə, hadisə ölkənin şimalındakı Sum vilayətində qeydə alınıb. Bir qrup silahlı Kutuqu şəhərindəki hərbi bazaya hücum edib. Nəticədə 24 əsgər həlak olub, daha 7 hərbçi isə yaralanıb.

Açıklamada, saldırıyı düzenleyenlere yönelik kara ve hava operasyonu başlatıldığı aktarıldı.

Hücum edənlərə qarşı quru və hava əməliyyatı başlayıb. Hadisədən sonra dövlət başçısı Rox Mark Kristian Kabore yüksək rütbəli hərbi məmurlarla təhlükəsizlik iclası keçirib. "Burkino Faso terror hədəfi olan ölkələri tək qoymayacaq", - deyə dövlət başçısı görüşdən sonra deyib. 

Artan terror aktları səbəbindən Burkino Fasonun şimalı Sahel bölgəsi ilə qərb və mərkəzi bölgələrində cari il yanvar ayının 1-də fövqəladə vəziyyət elan edilmişdi.

Fövqəladə vəziyyət qərarı 13 bölgədən təşkil tapan ölkənin 7 bölgəsində qüvvədədir.



Әlaqәli Xәbәrlәr