Bu il Braziliyanın Amazon meşələrində baş verən yanğın sayı

Bu il Braziliyanın Amazon meşələrində 72 mindən çox yanğın baş verib.

amazon.jpg
amazon.jpg

Bu il Braziliyanın Amazon meşələrində 72 mindən çox yanğın baş verib.

BBC-nin xəbərinə görə, Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu bu barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu ötən ilin eyni dövrünə nisbətən 83 faiz çox deməkdir. Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ilin avqustundan 2019-cu ilin aprelinə qədər bölgədə təxminən 2 min kvadratkilometr meşə sahəsi məhv olub.

Qeyd edək ki, planetimizin “ağ ciyəri” adlandırılan Amazon meşələri ərazisinə görə dünyanın ən böyük tropik meşələridir və Yer kürəsinin bütün tropik meşələrinin yarıdan çoxunu təşkil edir. Lakin son zamanlar müxtəlif qanunsuz fəaliyyətlər nəticəsində bu meşələrin ərazisi sürətlə azalır. Təkcə Peru dövləti ərazisində qanunsuz mədənçilik fəaliyyəti nəticəsində 2001-ci ildən sonrakı dövr ərzində təxminən 2 milyon hektar Amazon meşəsi məhv olub.

Alimlər dünyanın ən böyük tropik meşələri Amazon meşələrinin qorunmasının iqlim dəyişikliyilə mübarizədə əhəmiyyətli rol oynadığına işarə edirlər. 



Әlaqәli Xәbәrlәr