ABŞ Tayvan adasına F-16 satır

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti bir çox ölkə tərəfindən rəsmiyyətdə tanınmayan Tayvan adasına 66 ədəd F-16 Block 70 təyyarəsinin satışını təsdiqlədi.

1255842
ABŞ Tayvan adasına F-16 satır

ABŞ Müdafiə, Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən bu barədə açıqlama yayılıb.

Bildirilib ki, ABŞ Dövlət Departamenti Tayvan adasına 8 milyard dollarlıq F-16C / D Block 70 tipli təyyarələrin və əlaqəli texnikaların satışınına dair qərarının müsbət olduğunu Konqresə bildirəcək.

Qeyd edək ki, ABŞ və Tayvan arasında rəsmi diplomatik əlaqələr olmadığına görə Taipei İqtisadi və Mədəni Nümayəndəlik Ofisi, Tayvanı Vaşinqtonda təmsil edəcək.



Әlaqәli Xәbәrlәr