ABŞ Şimali Koreya ilə danışıqları bərpa etməyə hazırdır

ABŞ administrasiyasının Şimali Koreyadakı xüsusi nümayəndəsi Stiven Biqun (Stephen Biegun) Vaşinqtonun Pxenyanla nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu söylədi.

1256209

Cənubi Koreyaya üç günlük səfəri zamanı ölkənin Koreya yarımadası və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lee Do-Hoon ilə görüşən Biqun: "Şimali Koreyadakı həmkarlarımızdan xəbər gəldiyi anda onlarla görüşməyə hazırıq" dedi.

Stiven Biqun ABŞ prezidenti Donald Trampın komandasına Şimali Koreya ilə danışıqları bərpa etmək tapşırığı verdiyini və Şimali Koreya lideri Kim Çen İnın da buna razı olduğunu vurğulayaraq:"Mən bütünlüklə bu əhəmiyyətli vəzifəyə bağlıyam. Bunu həll edəcəyik" ifadəsini işlətdi.

Cənubi Koreyanın Koreya yarımadası və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lee Do-Hoon da məsələ ilə bağlı bunları bildirdi:"İndiki dialoq mərhələsi təsadüfən əldə olunmayıb. Bu, Cənubi və Şimali Koreya, ABŞ liderlərinin qətiyyəti və iradəsi  sayəsində mümkün oldu. Cənubi Koreya və ABŞ yaxın məsləhətləşmələr və əməkdaşlıq yolu ilə dialoq üçün belə bir dönüş nöqtəsini davam etdirməyə ümid edirlər".

Әlaqәli Xәbәrlәr