Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 82 nәfәrә çatıb

‘‘Myanmar Times’’ qәzetinin yaydığı xәbәrә әsasәn, tәbii fәlakәt nәticәsindә çox sayda adam hәlak olub, 200 mindәn çox insan da evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

1255494
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 82 nәfәrә çatıb

 

Myanmada 25 iyun tarixindәn etibarәn davam edәn leysan yağışların sәbәb olduğu daşqınlar vә torpaq sürüşmәlәri nәticәsindә 82 nәfәr hәlak olub, tәxminәn 200 min nәfәr evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

‘‘Myanmar Times’’ qәzetinin yaydığı xәbәrә әsasәn, tәbii fәlakәt nәticәsindә çox sayda adam hәlak olub, 200 mindәn çox insan da evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Myanmanın cәnub-şәrqindәki Mom әyalәtindә leysan yağışların sәbәb olduğu torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb.

Tәbii fәlakәtin yaşandığı bölgәnin әtrafında yaşayanların tәhlükәsiz bölgәlәrә evakuasiya edildiyini bildirәn rәsmilәr xüsusi düşәrgәlәrdә yaşayanlara humanitar yardım edildiyini söylәyiblәr.

Thaphyu Kone kәndindә yaşanan torpaq sürüşmәsi nәticәsindә azı 73 nәfәrin hәlak olduğu, 48 nәfәrin dә yaralandığı ifadә edilib.



Әlaqәli Xәbәrlәr