Jan-Klod Yunker G7 sammitinə qatıla bilməyəcək

Avropa Komissiyasının sədri Jan-Klod Yunker səhhətindəki problemlərə görə Fransanın Biarrits şəhərində keçiriləcək "Böyük yeddilik" (G7) sammitində iştirak edə bilməyəcəyini açıqladı.

1254879

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto məlumat verib.

Onun sözlərinə görə, Avropa Komissiyasının  sədri xəstəxanaya yerləşdirildiyindən və öd kisəsindən əməliyyat olunduğundan sammitə qatılması qeyri-mümkündür. "Sədr yaxın vaxtlarda Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Donald Tuska bu barədə məlumat verəcək", -  deyə Berto qeyd edib.

Qeyd edək ki, Yunker əməliyyat  üçün  Avstriyadakı tətilini yarımçıq qoyaraq ölkəsi Lükbemburqa qayıtmışdı. 

Avropa İttifaqının icra orqanının başçısı olan Yunkerin vəzifə müddəti 5 ay sonra başa çatacaq. 

Avqustun 24-26-da Fransanın Biarritz şəhərində keçiriləcək sammitə G7-nin daimi üzvü olan ölkələrlə yanaşı, Avstraliya, Hindistan, Seneqal, Cənubi Afrika Respublikası, Çili, Misir, Ruanda, Burkino Faso iştirakçı qismində qatılacaqlar.

Qeyd edək ki, Fransanın quruma prezidentliyi dövründə əsas deviz - "dünyadakı bərabərsizliyə qarşı mübarizə" qəbul olunub.

Әlaqәli Xәbәrlәr