Anneqret Kramp Karrenbauer: ‘‘Almaniya İraqa dәstәk vermәyә davam edәcәk’’

Almaniyanın müdafiә naziri Anneqret Kramp Karrenbauer İraq ordusunu dәstәklәmәyә davam edәcәklәrini söylәyib.

1255512
Anneqret Kramp Karrenbauer: ‘‘Almaniya İraqa dәstәk vermәyә davam edәcәk’’

 

Almaniyanın müdafiә naziri Anneqret Kramp Karrenbauer İraq ordusunu dәstәklәmәyә davam edәcәklәrini söylәyib.

İordaniyada keçirdiyi görüşlәrdәn sonra İraqın paytaxtı Bağdada sәfәr edәn Anneqret Kramp Karrenbauer iraqlı hәmkarı Necah әş-Şemeri ilә görüşüb.

Görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edәn Anneqret Kramp Karrenbauer İraqa terrorla mübarizә mәsәlәsindә dәstәk vermәyә davam edәcәklәrini, logistika mәsәlәsindәki  әmәkdaşlığın da davam etdiyini bildirib.

Anneqret Kramp Karrenbauer hәmkarı Şemeri ilә hәrbi sahәdәki әmәkdaşlıq vә İraq tәhlükәsizlik qüvvәlәrinin tәlimi mәsәlәlәrini müzakirә etdiklәrini deyib.

‘‘Almaniya beynәlxalq koalisiyanın bir parçasıdır  vә bu belә  dә davam edәcәk. Almaniya olaraq İraq ordusunu dәstәklәmәyә davam edәcәyik’’,-deyә Almaniyanın müdafiә naziri Anneqret Kramp Karrenbauer qeyd edib.

Terror tәşkilatı DEAŞ-ın İraqdakı  mövcudluğu ilә bağlı isә almaniyalı nazir deyib: ‘‘Hәrbi әmәliyyatların başa çatdığı ilә bağlı xәbәrlәr hәqiqәti әks etdirsә dә, DEAŞ hәlә dә öz mövcudluğunu davam etdirir. İraqın terroru mәğlub etmәsi üçün kömәk etmәk istәyirik’’.

İraq tәhlükәsizlik qüvvәlәrinin hәrbi tәlimi çәrçivәsindә tәxminәn 160 alman әsgәrinin bu ölkәdә olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr