Hindistanda 350 nəfər sel və daşqınların qurbanı olub

Hindistanın müxtəlif bölgələrində təsirli olan güclü yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və qəzalarda ölənlərin sayı 350-yə çıxıb.

1254355
Hindistanda 350 nəfər sel və daşqınların qurbanı olub

Hindistanın müxtəlif bölgələrində təsirli olan güclü yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və qəzalarda ölənlərin sayı 350-yə çıxıb.

“Press Trust of İndia”nın xəbərinə görə, güclü yağış nəticəsində Kerala, Maharaştra, Madhya Pradeş, Racastan, Andra Pradeş və Karnataka əyalətlərində baş verən sel və torpaq sürüşmələrində daha 17 nəfərin həyatını itirməsilə ölənlərin sayı 350-yə çıxıb.

Rəsmilərin açıqlamasına görə, Maharastrada cəmi 56, Karnatakada isə 76 nəfər ölüb.

Maharaştrada 1519 evin yararsız hala düşdüyünü ifadə edən rəsmilər, 20 minə yaxın evin də qismi zərər gördüyünü bildiriblər.

Karnatakada10 nəfərin itkin düşdüyü, 992-dən çox heyvanın tələf olduğu, barədə məlumat yayılıb.

Həlak olanların sayı ən son 33 olaraq açıqlanmışdı.

Hindistanın Himaşal Pradeş əyalətində musson yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və qəzalarda da 22 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.



Әlaqәli Xәbәrlәr