Çadda iki bölgədə fövqəladə vəziyyət elan edildi

Çadda baş verən etnik qarşıdurmalarda çox sayda insanın ölümündən sonra ölkənin Sila və Ouaddai bölgələrində fövqəladə vəziyyət elan edildi.

1254354
Çadda iki bölgədə fövqəladə vəziyyət elan edildi

Çadda baş verən etnik qarşıdurmalarda çox sayda insanın ölümündən sonra ölkənin Sila və Ouaddai bölgələrində fövqəladə vəziyyət elan edildi.

Çad prezidenti İdris Debi Sila bölgəsinə səfəri zamanı verdiyi açıqlamada ölkənin şərqindəki etnik qarşıdurmadan sonra Sila və Ouaddai bölgələrində fövqəladə vəziyyət elan etdiyini bildirdi.

Debi açıqlamasında: "Bölgəyə təhlükəsizliyi təmin etmək üçün hərbi birliklər göndəririk. Bölgə xalqının əlindəki silahları toplamalı, mülki vətəndaşları tərksilah etməliyik" ifadəsini işlətdi.

Qeyd edək ki, avqustun 9-da Ouaddai bölgəsində baş verən etnik qarşıdurmada 9 nəfər həlak olub, və Silada da etnik mənşəyə zəminində gərginlik yaşanıb.



Әlaqәli Xәbәrlәr