Yəməndə bölünmə təhlükəsi

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənubi Keçid Şurası ölkənin cənubunda federal müstəqil dövlət qurulması barədə geri addım atılmayacağını elan etdi.

1253330
Yəməndə bölünmə təhlükəsi

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənubi Keçid Şurası ölkənin cənubunda federal müstəqil dövlət qurulması barədə geri addım atılmayacağını elan etdi.

Cənubdakı Ədənə bağlı et-Tuvahi şəhərində yığıncaq keçirən Şuranın yaydığı açıqlamada bildirilib ki, cənubdakı xalqın hədəfi müstəqil federal cənub dövlətini bərpa etməkdir,bu dəqiq seçimdən geri adım atılmayacaq.

Açıqlamada daha çox təxirə salmağın və məsələni uzatmağın cənubdakı xalqın şəxsiyyətilə əlaqədar müsbət yanaşma ortaya qoymamasının bölgədə və dünyada daha ciddi təhlükə və həlledilməz problemlər yaradacağı bildirilib.

Ölkəni bölən Cənub Keçid Şurasının yaydığı açıqlamada həmçinin Səudiyyə Ərəbistanı və Ərəb koalisiyası qüvvələrinə son Ədən böhranına dair göstərdikləri cəhd və nəzarəti altında münaqişəsi olan tərəflərə edilən dialoq çağırışlarına görə təşəkkür də edilib.

Səudiyyə Ərəbistanı başçılığındakı Ərəb koalisiyasının yanında yer alındığı ifadə edilən açıqlamada bölgədə İran təcavüzkarlığı və Husilərə qarşı müqavimətin davam etdiriləcəyi bir daha dilə gətirilib.

Açıqlamada Cənub Keçid Şurasının Ərəb koalisiyası, Körfəz Əməkdaşlığı Şurası, BMT yaxud da Ərəb Liqasından hər hansı birinin nəzarətində davam etdiriləcək dialoqda iştirak etməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, ayrılma tərəfdarı Cənub Keçid Şurasına bağlı Hizam Emni birlikləri 4 gün davam edən toqquşmalar nəticəsində 10 avqustda Ədəndəki Maaşık Prezident Sarayı ilə strateji dövlət qurumlarını işğal edərək şəhərə nəzarəti tamamilə ələ keçirmişdi.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaşayan Yəmən prezidenti Əbdürabbu Mansur  Hadi başçılığındakı qanuni hökumət BƏƏ-nin dəstəklədiyi Hizam Emni qüvvələrinin təşəbbüsünü “çevriliş” olaraq qiymətləndirir.



Әlaqәli Xәbәrlәr