Pakistanda daşqınlar nәticәsindә hәlak olanların sayı 27 nәfәrә çatıb

Pakistanda yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә hәlak olanların sayı 27 nәfәrә çatıb.

1253056
Pakistanda daşqınlar nәticәsindә hәlak olanların sayı 27 nәfәrә çatıb

 

Pakistanda yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә hәlak olanların sayı 27 nәfәrә çatıb.

‘‘Dawn’’ qәzetinin yaydığı xәbәrә әsasәn,  polis Sindh әyalәtindә leysan yağışlarının sәbәb olduğu qәza vә daşqınlar nәticәsindә 24ü- Karaçidә olmaqla 27 nәfәrin hәlak olduğunu, 33-ü Karaçidә olmaqla 46 nәfәrin dә xәsarәt aldığını bildirib.

Әyalәtdәki küçәlәr  cümә günündәn etibarәn yağan leysan yağışları nәticәsindә sular altında qalıb.

Sindh әyalәtinin paytaxtı Karaçidә 16 saat yağan aramsız yağışlar daşqınlar vә torpaq sürüşmәlәrinә sәbәb olub. Tәbii fәlakәt nәticәsindә evlәrindә qapalı qalanlar  helikopterlkәr vә qaldırıcı kranlar vasitәsilә xilas edilib.



Әlaqәli Xәbәrlәr