Pakistan və Azad Kəşmirdə etiraz aksiyaları keçirilib

Pakistan və Azad Kəşmirdə “Qara gün” olaraq adlandırılan Hindistanın müstəqillik günündə etiraz aksiyaları keçirildi.

1253152
Pakistan və Azad Kəşmirdə etiraz aksiyaları keçirilib

Pakistan və Azad Kəşmirdə “Qara gün” olaraq adlandırılan Hindistanın müstəqillik günündə etiraz aksiyaları keçirildi.

Kəşmirin Pakistana bağlı hissəsi Azad Kəşmirdə paytaxt Müzəffərabad və digər şəhərlərdə bir araya gələn minlərlə kəşmirli Cammu Kəşmirin xüsusi statusunu ləğv edən Hindisan rəhbərliyinə etirazını bildirdi.

Pakistan dövlət televiziyası isə dövlət binalarında bayraqların “Qara gün” səbəbindən yarıya endirildiyini bildirərək, nazirlər və millət vəkilləri başda olmaqla bir çox siyasi xadim və rəhbərin də Pakistanın müxtəlif şəhərlərində siyasi partiyalar ilə qeyri-hökumət təşkilatları tərəfindən keçirilən etiraz aksiyalarına qatıldığını açıqladı.  

Pakistanın da dünya miqyasında vətəndaşlarını etiraz aksiyalarında iştirak etməyə çağırdığı bildirilir.

“Geo News” xəbər saytının məlumatına görə, ölkənin qərbindəki Belucistan əyalətinə bağlı Bolan bölgəsində yaşayan Hind əsilli bir icma da rəsmi Yeni Dehliyə qarşı keçirilən aksiyalarda iştirak edən kəşmirlilərlə  həmrəylik göstərib.



Әlaqәli Xәbәrlәr