Narendra Modi Cammu Kәşmir mәsәlәsi ilә bağlı açıqlama verib

Hindistan baş naziri Narendra Modi ölkәsinin müstәqillik günündә hökumәtinin Cammu Kәşmirin xüsusi  statusunu lәğv etmә qәrarını müdafiә edib.

1252895
Narendra Modi Cammu Kәşmir mәsәlәsi ilә bağlı açıqlama verib

 

Hindistan baş naziri Narendra Modi ölkәsinin müstәqillik günündә hökumәtinin Cammu Kәşmirin xüsusi  statusunu lәğv etmә qәrarını müdafiә edib.

Narendra Modi Hindistanın Böyük Britaniya İmperiyasından ayrılmasının 72-ci ildönümündә Yeni Dehlini tarixi Muqhal-ara Red Fort bölgәsindә xalqa xitab edib.

"Cammu, Kəşmir və Ladaxdakı  tənzimləmə, korrupsiyanı, nepotizmi  təşviq etdi.  Bu tәnzimlәmә qadınlar, uşaqlar vә qəbilələrin hüquqları baxımından da ədalətli deyildir",-deyә Hindistanın baş naziri qeyd edib.

Hindistan Xarici İşlər Nazirliyinin rәsmilәri Cammu Kashmirdә hәyatın normal axarında davam etdiyini bildirir.

Beynəlxalq mətbuat orqanları isә bölgәdә məhdudiyyətlərin davam etdiyini vә yollarda barikadaların olduğu ilә bağlı mәlumat yayır.

Xatırladaq ki, avqustun 5-də Hindistan Cəmmu Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı Hindistan Konstitusiyasının 370-ci maddəsini ləğv etmişdi. Bu maddə Kəşmirin Hindistan hissəsinə ölkənin başqa bölgələrindən daha böyük muxtariyyət tanıyırdı.

Qərarı qınadığını bildirən Pakistan hökuməti Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq qərarına gəlib və Hindistandan İslamabaddakı səfirini geri çağırmağı  tәlәb edib.

Pakistan hәmçinin Hindistanla ticari əlaqələrini rəsmi olaraq dayandırıb.



Әlaqәli Xәbәrlәr