Mişel Baçelet Honkonqdakı hadisәlәrlә bağlı açıqlama verdi

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet  Honkonqda  davam edәn mitinqlәrә görә narahat olduğunu vә hәr növ zorakılıq ilә hücumu qınadığını ifadә edib.

1252230

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının mәtbuat xidmәtindәn verilәn yazılı açıqlamada  problemlərin sülh yolu ilə hәll edilmәsinin vacibliyi vurğulanıb.

Mişel Beçelet rәsmi şәxslәr ilә  xalqa şәffaf vә әhatәli dialoqla bağlı çağırış edib.

Baçelet bildirib ki,  təhlükəsizlik xidmәti әmәkdaşları xalqa  bəzən gözyaşardıcı qaz vә "beynəlxalq normalara zidd olan silahlar" la müdaxilә edir. Bununla bağlı ciddi dәlillәrimiz var. Bu növ müdaxilәlәr ciddi fәsadlara sәbәb ola bilәr.

"BMT-nin İnsan Hüquqları üzrә Ali Nümayәndәliyi  Honkonq rәsmilәrinә  bu hadisələrin  dərhal araşdırılması ilә bağlı çağırış edir’’,-deyә Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı qeyd edib.

Әlaqәli Xәbәrlәr