Milli Hәmrәylik Hökumәti açıqlama verdi

Liviyadakı Milli Hәmrәylik Hökumәti Xәlifә Hafterә sadiq qüvvәlәrdәn 12 nәfәrin cәnazәsini tәhvil aldığını açıqlayıb.

1252362
Milli Hәmrәylik Hökumәti açıqlama verdi

 

Liviyadakı Milli Hәmrәylik Hökumәti Xәlifә Hafterә sadiq qüvvәlәrdәn 12 nәfәrin cәnazәsini tәhvil aldığını açıqlayıb.

Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi ‘‘Facebook’’ sәhifәsindәn verilәn açıqlamada  Milli Hәmrәylik Hökumәtinin  Xәlifә Hafterә sadiq qüvvәlәrdәn 12 nәfәrin cәnazәsini tәhvil aldığı bildirilib.

Qeyd edәk ki, Birləşmiş Millətlər Tәşkilatının  Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame Liviyadakı  tərəflərə Qurban bayramından əvvəl atəşkəsin tәmin olunması ilә әlaqәdar çağırış etmişdi.

Salame hәmçinin Liviya mәsәlәsindә  beynəlxalq konfransın keçirilmәsinin әhәmiyyәtini dә vurğulamışdı.

Xatırladaq ki,  Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum üçün göstəriş vermişdi. Bunun qarşısında beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də qarşı əməliyyat başlatmışdı.



Әlaqәli Xәbәrlәr