Әfqanıstanda partlayış, ölәnlәr var

Bu barәdә Vardak vilayәtinin valisi Muzefferuddin Yemin mәlumat verib.

1252235
Әfqanıstanda partlayış, ölәnlәr var

 

Әfqanıstanın Vardak vilayәtindә әvvәlcәdәn yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә beş nәfәr hәlak olub, üç nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Bu barәdә Vardak vilayәtinin valisi Muzefferuddin Yemin mәlumat verib. Muzefferuddin Yemin qeyd edib ki, Vardak vilayәtindә әvvәlcәdәn yol kәnarına yerlәşdirilәn bomba bir avtomobil keçdiyi zaman partlayıb.

Partlayış nәticәsindә beş nәfәrin hәlak olduğu, üç nәfәrin dә xәsarәt aldığı qeyd olunub. Xәsarәt alanların xәstәxanaya yerlәşdirildiyi bildirilib.

Qeyd edәk ki, Taliban qruplaşması mövzu ilә bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr