Hindistanda daşqınlar 201 nәfәrin hәyatına son qoyub

Hindistanın cәnub vә qәrb әyalәtlәrindә yağan aramsız yağışların sәbәb olduğu daşqınlar vә torpaq sürüşmәlәri nәticәsindә hәlak olanların sayı 201 nәfәrә yüksәlib.

1251852
Hindistanda daşqınlar 201 nәfәrin hәyatına son qoyub

 

Hindistanın cәnub vә qәrb әyalәtlәrindә yağan aramsız yağışların sәbәb olduğu daşqınlar vә torpaq sürüşmәlәri nәticәsindә hәlak olanların sayı 201 nәfәrә yüksәlib.

Press Trust İndia agentliyinin yaydığı xәbәrdә Kerala, Karnataka, Maharaştra vә Qujarat әyalәtlәri başda olmaqla bir çox bölgәdә davam edәn leysan yağışların daşqınlara vә torpaq sürüşmәlәrinә sәbәb olduğu  bildirilib. Mәlumatda tәbii fәlakәt nәticәsindә hәlak olanların sayının 201 nәfәrә yüksәldiyi qeyd olunub.

Rәsmilәr Kerala әyalәtindә ölü sayının 76-ya yüksәldiyini, 50 nәfәrin itkin düşdüyünü vә 290 min nәfәrin tәbii fәlakәtlә bağlı qurulan düşәrgәlәrә sığındığını bildirib.  

Mәlumatda daşqınlar nәticәsindә Maharaştra әyalәtindә 43, Karnatak әyalәtindә isә  42 nәfәrin hәlak olduğu, 12 nәfәrin dә itkin düşdüyü bildirilib. Bu bölgәlәrdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi vurğulanıb.

Digәr tәrәfdәn Qujarat әyalәtindә 31 nәfәrin, Uttarakhand әyalәtindә isә 6 nәfәrin daşqınlar nәticәsindә hәlak olduğu qeyd olunub.

Cammu Kәşmir bölgәsindә isә daşqınlar nәticәsindә eyni ailәdәn üç nәfәrin hәlak olduğu bildirilib.

Qeyd edәk ki, Hindistan, Nepal vә Banqladeşdә keçәn ay  yağan aramsız yağışlar nәticәsindә 200-dәk adam hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr