Venesuelada ABŞ sanksiyalarına etiraz nümayişi keçirildi

Venesuelada Amerika Birləşmiş Ştatlarına qarşı növbəti etiraz nümayişi keçirildi.

1251481
Venesuelada ABŞ sanksiyalarına etiraz nümayişi keçirildi
venezuela abd protesto1.jpg

Venesuelada Amerika Birləşmiş Ştatlarına qarşı növbəti etiraz nümayişi keçirildi.

Venesuela rəhbərliyinin ABŞ-dakı bütün əmlakının dondurulması məsələsi paytaxt Karakasda minlərlə insanın meydanlara axışmasına səbəb oldu. 

Ölkə prezidenti Nikolas Maduro nümayişdə tərəfdarlarına müraciət edərək: "Venesuela müqavimət göstərməyə hazırdır" dedi.

Maduro ABŞ tərəfindən dəstəklənən müxalifətçi Xuan Quaydonu vətənə xəyanət etməkdə günahlandırdı.

Etiraz zamanı imzaatma kampaniyası başlandı.

Venesuela vətəndaşları bu şəkildə bir daha Vaşinqtonun sanksiyalarına qarşı olduqlarını nümayiş etdirdilər.

Toplanmış imzaların Birləşmiş Millətlər Təşkilatının baş katibinə göndərilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr