Sudanda Müsəlman Qardaşlar Təşkilatı mənsublarının ölkəni tərk etmələri istəndi

Sudanda hərbi çevrilişdən sonra hakimiyyəti ələ keçirən keçid dövrü Hərbi Şurasının Müsəlman Qardaşlar Təşkilatı (İhvan) mənsublarının dərhal ölkəni tərk etməsini istədiyi irəli sürüldü.

1250642

Sudan mətbuatında yer alan xəbərlərə görə, rəsmilər sayı 200-ə yaxın olan Misir vətəndaşlarına Sudanda istənmədiklərini və ölkəni yaxın zamanda tərk etmələrinin vacibliyini bildiriblər.

Keçid dövrü Hərbi Şurasının mövzuya dair hələ açıqlaması olmayıb.

Sudan keçid dövrü Hərbi Şurasının sədri ordu generalı Əbdülfəttan əl-Burhan ölkə xaricinə ilk səfəri çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə mayın 25-də paytaxt Qahirədə bir araya gəlmişdi.

Burhanın Sisi ilə keçirdiyi görüşdən sonra daxili işlər naziri Samih Şükri və Kəşfiyyat idarəsinin sədri Abbas Kamil ilə də görüş keçirdiyi qeyd edilib.

Görüşdə Sisinin ölkəsinin Sudanın təhlükəsizlik və sabitliyini dəstəklədiyini ifadə etdiyi bildirilmişdi.

Sudan keçid dövrü Hərbi Şurasının sədr müavini general Məhəmməd Hamdan Dakalu da keçən ay Qahirədə Sisi ilə bir araya gəlmişdi.

Misirdəki Sisi hakimiyyəti Sudanı idarə edən prezident Ömər əl-Bəşirin 11 apreldə hakimiyyətdən getməsindən sonra ölkədə idarəni ələ keçirən Hərbi Şuranı dəstəkləyir.

Әlaqәli Xәbәrlәr