Küveyt İraqdan vətəndaşlarının sümüklərini aldı

Küveytin rəsmi xəbər agentliyi “KUNA”nın xəbərinə görə...

1250336
Küveyt İraqdan vətəndaşlarının sümüklərini aldı

 

  Küveyt İraqın 1990-cı ildə Səddam Hüseynin işğalı zamanı itən vətəndaşlarına aid sümükləri təhvil aldı.

  Küveytin rəsmi xəbər agentliyi “KUNA”nın xəbərinə görə, 29 il əvvəl itən küveytlilərin sümükləri İraq sərhədindəki Abdal sərhəd qapısında iraqlı səlahiyyətlilərdən təslim alınıb.

  Küveyt Xarici İşlər Nazirliyi səlahiyyətlisi Rabii əl-Adsani məlumat verərək ölkənin mövzuyla əlaqədar tələbini neçə vaxt əvvəl İraq hökumətinə çatdırdıqlarını söyləyib, amma sümükləri təslim alınan küveytlilərin sayı ilə bağlı məlumat verməyib.

  Bundan əvvəl İraq hökuməti 32 nəfərin sümüyünü şəxsiyyətlərinin təsbiti üçün Küveyt səlahiyyətlilərinə təslim etmişdi.

  Küveytli əsirlərilə bağlı Qırmızı Xaç Cəmiyyəti bünyəsində yaradılan üçlü komissiya 2018-ci ilin noyabrından İraqın cənubunda qalıqlar tapıldığını açıqlayıb.

  Qeyd edək ki, Küveyt 1990-1991-ci illərdə 320 vətəndaşının, İraq isə eyni dövrdə 5 min iraqlının itdiyini bildirmişdi.

  Xatırladaq ki, İraq ordusu 2 avqust 1990-cı ildə Küveyti işğal edərək 2 gün içində ölkəni işğal etmiş, hakimiyyəti ələ keçirmiş, 9 avqustda Səddam Hüseyn Küveyti İraqa bağladığını elan etmişdi. 1991-ci ilin 17 yanvarında isə Amerika Birləşmiş Ştatlarının başçılığı ilə 37 ölkədən ibarət koalisiya İraqa qarşı “Səhra fırtınası” əməliyyatına başlamış və 28 fevrala qədər davam edən hərbi müdaxilə nəticəsində Küveyt İraqın işğalından qurtarılmışdı.



Әlaqәli Xәbәrlәr