Husilәrin liderinin qardaşı öldürülüb

Yәmәndә Husilәrin lideri Abdulmәlik  әl-Husinin qardaşı İbrahim әl-Husi öldürülüb.

1250761
Husilәrin liderinin qardaşı öldürülüb

 

Yәmәndә Husilәrin lideri Abdulmәlik  әl-Husinin qardaşı İbrahim әl-Husi öldürülüb.

Bu barәdә Husilәrә tabe olan Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda bildirilib ki, İbrahim әl-Husi Amerika Birlәşmiş Ştatları  vә İsrail tәrәfindәn dәstәklәnәn xain qüvvәlәrin hәyata keçirdiyi hücum nәticәsindә öldü.

Hücumun niyә vә nә sәbәbdәn hәyata keçirildiyi ilә bağlı mәlumat verilmәyib. Mәlumatda hücumu törәdәnlәrin әn qısa zamanda mühakimә olunmaları üçün lazım olan addımların atılacağı bildirilib.

Uzun zamandır siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr ilә Sәudiyyә Әrәbistanı ilә Birlәşmiş Әrәb Әmirliklәri tәrәfindәn dәstәklәnәn hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә  minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr