BMT ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını tənqid etdi

BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet (Michelle Bachelet) Amerika Birləşmiş Ştatlarının Venesuelaya qarşı son sanksiyalarının milyonlarla insanın həyatını çətinləşdirə biləcəyini söylədi.

1250783
BMT ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını tənqid etdi

Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Mişel Baçelet (Michelle Bachelet) Amerika Birləşmiş Ştatlarının Venesuelaya qarşı son sanksiyalarının milyonlarla insanın həyatını çətinləşdirə biləcəyini söylədi.

BMT-nin saytında verilən məlumata görə, Baçelet ABŞ-ın Venesuelaya tətbiq etdiyi son sanksiyaların çox əhatəli olduğunu və bu sanksiyalara görə narahat olduğunu bildirib.

Baçelet: "Bu sanksiyalar həddindən artıq böyükdür. Burada sanksiyaların əhalinin ən həssas təbəqələrinə təsirini azaltmaq üçün lazım olan tədbirlər kifayət qədər nəzərə alınmamışdır. Xüsusilə, bir sıra təməl tələbatların ödənilmə imkanlarının məhdud olduğu bir ölkədə sağlamlıq və qida hüquqları məsələsində böyük fəsadların olacağından qorxuram" deyə qeyd edib.

Baçelet sanksiyaların 2013-2018-ci illərdə iqtisadiyyatı 48 faiz kiçilən ölkəyə ciddi ziyan vura biləcəyini və 2017-ci ilin avqustu ilə 2019-cu ilin yanvar ayları arasında Venesuelaya tətbiq olunan iqtisadi sanksiyaların ölkədəki böhranı daha da dərinləşdirdiyini vurğuladyıb.

Venesuelanın xarici valyuta gəlirinin əsasən neft ixracından gəldiyini ifadə edən Baçelet bu işi görən şirkətlərin əksəriyyətinin ABŞ bazarı ilə əlaqəli olduğunu söyləyib.

Baçelet ABŞ-ın son sanksiyalarının geyim və dərman kimi məhsulları əhatə etmədiyini, lakin sanksiyaların böhranın təsirini və humanitar vəziyyəti daha da pisləşdirdiyini vurğulayaraq:"Geniş miqyaslı birtərəfli sanksiyaların insanların iqtisadi hüquqları ilə bərabər qida və sağlamlıq hüquqlarından məhrum edilməsinə səbəb ola biləcəyi və humanitar yardımların göstərilməsinə mane ola biləcəyinə dair bir çox sübut var. Ən kəskin sanksiyalar belə insan hüquqlarının qorunmasını nəzərdə tutmalıdır"

BMT komissarı həm beynəlxalq aləmdəki, həm də Venesueladakı nüfuzlu dairələri ölkədə uzun müddətdir davam edən böhranın siyasi həlli istiqamətində birlikdə fəaliyyət göstərməyə çağırdı.
 



Әlaqәli Xәbәrlәr