Yәmәndә son bir il әrzindә 335 uşaq hәlak olub

Yəməndə davam edәn müharibә sәbәbindәn  son bir il әrzindә 335 uşaq hәlak olub.

1249739
Yәmәndә son bir il әrzindә 335 uşaq hәlak olub

 

Yəməndə davam edәn müharibә sәbәbindәn  son bir il әrzindә 335 uşaq hәlak olub.

Bu barәdә Oxsfam qeyri-hökumәt tәşkilatından verilәn mәlumatda bildirilib.

Mәlumatda qeyd olunub ki, 2018-ci ilin 9 avqust tarixindәn etibarәn hәyata keçirilәn hücumlar nәticәsindә 335 uşaq hәlak olub.

Oxsfam-ın Yәmәndәki rәhbәri Muhsin Sıdıki son bir ildә hәr gün  bir uşağın öldürüldüyünü bildirib.

Sıdıki bildirib ki, daha çox insanın ölmәmәsi üçün tәcili atәşkәsә ehtiyac var.

Uzun zamandır siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr ilә hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә  minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr