Pakistan Hindistana gedən dəmir yolu xəttini bağladı

Pakistan dəmir yolları naziri Şeyx Rəşid Əhməd ölkənin Lahor şəhəri ilə Hindistanın Dehli şəhərləri arasında xidmət göstərən Samjhota ekspresinin səfərlərinin dayandırıldığını açıqladı.

1250247

  Mətbuat konfransındakı çıxışında Rəşid Əhməd deyib:

  “Hindistan Cammu Kəşmirin statusunu ləğv etdikdən sonra Milli Təhlükəsizlik Şurasında verilən sanksiya qərarlarına əsasən qatar səfərləri dayandırıldı və yaxınlaşan Qurban Bayramı ilə əlaqədar Samjhota ekspresi vaqonları əlavə səfər təşkil edən digər xəttlərə veriləcək.

  Mən nə qədər ki dəmir yolları naziriyəm, bu xətt təkrar xidmətə girməyəcək. Gələn aylar narahatvericidir. Biz savaş istəmirik, amma çıxarsa, bu, iki ölkə arasında son müharibə olacaq."

  Qeyd edək ki, Şimla müqaviləsindən sonra açılan, tərcüməsi "Dostluq” ekspresi" adlanan, həftədə iki gün Lahor-Amritsar-Delhi arası səfər edən Samjhota xətti 1976-cı ildə açılıb, iki ölkə arasında hər böhran dövründə qismən və ya tamamilə bağlanıb.

Әlaqәli Xәbәrlәr