Yens Stoltenberq: "Avstraliya NATO üçün dəyərli bir tərəfdaşdır"

NATO-nun baş katibi Yens Stoltenberq və Avstraliyanın müdafiə naziri Linda Reynolds Avstraliya və NATO arasında "inkişaf etmiş tərəfdaşlıq planı"na dair müqavilə imzaladılar.

1249498
Yens Stoltenberq: "Avstraliya NATO üçün dəyərli bir tərəfdaşdır"

NATO-nun baş katibi Yens Stoltenberq və Avstraliyanın müdafiə naziri Linda Reynolds Avstraliya və NATO arasında "inkişaf etmiş tərəfdaşlıq planı"na dair müqavilə imzaladılar.

Stoltenberq Avstraliyaya səfəri çərçivəsində Baş nazir Skott Morrison və xarici işlər naziri Meris Peyn tərəfindən qəbul edildi.

Stoltenberq daha sonra Sidneydə Avstraliya müdafiə naziri Linda Reynolds ilə Avstraliya və NATO arasında "inkişaf etmiş tərəfdaşlıq planı"na dair müqaviləni imzaladı.

NATO-nun baş katibi Avstraliyanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, eyni zamanda, NATO ilə dərin əməkdaşlığı yüksək qiymətləndirdi.

Yens Stoltenberq müqavilənin gələcək əməliyyatlar üçün çox əhəmiyyətli olduğunu vurğulayaraq: "Avstraliya İttifaq üçün dəyərli tərəfdaşdır" ifadəsini işlətdi.

Avstraliya Ortaq Şərqdə və Əfqanıstanda təxminən 300 nəfərlik hərbi heyətlə NATO-ya yardım edir.

Nazir Reynolds görüş zamanı Orta Şərq və Hörmüz boğazındakı hadisələrin gündəmdə olduğunu söylədi.

Avstraliya hökumətinin Hörmüz boğazındakı artan gərginlikdən hələ də narahat olduğunu ifadə edən Reynolds ABŞ və Böyük Britaniyanın tələblərini nəzərdən keçirdiklərini və hələ qərar qəbul etmədiklərini bildirdi.

Qeyd edək ki, ötən həftə ABŞ və Böyük Britaniya Hörmüz boğazında ticari gəmilərin qorunması üçün  bölgəyə hərbi gəmilər göndərməsi ilə bağlı Avstraliyaya müraciət ediblər.

Stoltenberq  Hörmüz boğazındakı gərginliklə əlaqədar İranın bölgədəki hərəkətlərinə görə narahat olduqlarını söylədi.



Әlaqәli Xәbәrlәr