Mariya Zaxarova: "Venesuela hökumətinə qarşı sanksiyalar seli dayandırılmalıdır"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Venesuelanın ABŞ-dakı bütün aktivlərinin dondurulmasını “iqtisadi terrorizm" olaraq səciyyələndirdi.

1249180
Mariya Zaxarova: "Venesuela hökumətinə qarşı sanksiyalar seli dayandırılmalıdır"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Venesuelanın ABŞ-dakı bütün aktivlərinin dondurulmasını “iqtisadi terrorizm" olaraq səciyyələndirdi.

Zaxarova: "Venesuela hökumətinə qarşı sanksiyalar seli dayandırılmalıdır" dedi.

Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yayıldı.

 Məlumata görə, Mariya  Zaxarova ABŞ prezidenti Donald Trampın Venesuelanın ABŞ-dakı bütün aktivlərinin dondurulmasına dair prezident fərmanını imzalamasını tənqid edib.

Zaxarova, ABŞ strateqlərinin Venesuelanın qanuni prezidenti Nikolas Maduroya xalq dəstəyini nəzərə almadıqlarını, Vaşinqtonun Venesuelada hakimiyyəti ələ keçirmək üçün çoxsaylı hərbi cəhdlərdən sonra ölkədəki sosial-iqtisadi vəziyyətin gərginləşməsinə ümid etdiyini söyləyib.

XİN sözçüsü Venesuela xalqının, xüsusən xəstə və qocaların ABŞ-ın "qəddar sanksiyaları"ndan təsirləndiyini qeyd edərək:"Mütəxəssislərin fikrincə, ABŞ-ın sanksiyaları üzündən Venesuelada 40 mindən çox insan ölüb. İnsanların yeganə günahı Vaşinqtonun istəmədiyi liderə dəstək verməkdir" deyib.

Zaxarova Rusiyanın Venesuelaya tətbiq olunan sanksiyalara qarşı olduğunu vurğulayaraq: “ABŞ Venesuelanın qanuni rəhbərliyinə iqtisadi terrorizmi davam etdirir. Venesuela rəhbərliyinə qarşı sanksiyalar seli dayandırılmalıdır" deyə bildirib.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti  Donal Trampın imzaladığı sərəncamla Venesuelanın ABŞ-dakı bütün aktivləri dondurulub, ABŞ-ın Karakasdan iqtisadi əməliyyatları tamamilə dayandırılıb.

ABŞ rəhbərliyi Venesuela prezidenti Nikolas Maduronun qanuni hakimiyyətini qəbul etmir və yanvar ayında özünü müvəqqəti dövlət başçısı elan edən parlament sədri   Xuan Quaydonun başçılıq etdiyi müxalifləri açıq şəkildə dəstəkləyir.

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr