İran və Fransa prezidentləri arasında telefon danışığı olub

İran prezidenti Həsən Ruhani ölkəsi ilə Fransanın bölgədəki gərginliyi azaltma cəhdlərinə baxmayaraq, ABŞ-ın təxribatçı təşəbbüslərinin olduğunu söylədi.

1249057
İran və Fransa prezidentləri arasında telefon danışığı olub

İran prezidenti Həsən Ruhani ölkəsi ilə Fransanın bölgədəki gərginliyi azaltma cəhdlərinə baxmayaraq, ABŞ-ın təxribatçı təşəbbüslərinin olduğunu söylədi.

İran Prezident Aparatından verilən məlumata görə, Ruhani ilə Fransa prezidenti Emmanuel Makron arasında keçirilən telefon danışığında Bəsra körfəzi və ətrafındakı gərgin vəziyyət ilə nüvə müqavilə məsələsi müzakirə olundu.

İranın Hörmüz boğazında gəmilərin hərəkət azadlığı və təhlükəsizliyinə əhəmiyyət verdiyini bildirən Ruhani “Hər gün onlarla gəmi sərbəst şəkildə boğazdan keçir və İran qüvvələri də dənizçilik əsaslarına görə boğaza nəzarətini davam etdirir” dedi.

ABŞ-ın Körfəz ətrafındakı hərəkətlərini “təxribatçılıq” olaraq qəbul edən Ruhani “Təəssüf ki, İran və Fransanın gərginliyi azaltmaq və sabitliyi təmin etmək üçün uyğun şərtlər yaratma cəhdləri qarşısında ABŞ-ın təxribatçı hərəkətlərinin şahidi oluruq” ifadələrini işlətdi.

Ruhani İran və Avropa arasındakı əməkdaşlığın güclənməsinin regional və qlobal miqyasda müsbət təsirlərinin olacağına diqqət çəkərək bildirdi ki, Fransa Avropa İttifaqında İranın qədim bir tərəfdaşı olaraq bu istiqamətdə müsbət rol oynaya bilər.

Fransa prezidenti Macron da ölkəsinin nüvə müqaviləsinə sadiq olduğunu vurğulayaraq “Nüvə müqavilədə tərəflərin qəbul edəcəyi və İranın mənfəətlərinin təmin ediləcəyi bir nəticə əldə etmək üçün rəsmi Paris əhəmiyyət daşıyır” dedi.

Ruhani və Makronun regional və beynəlxalq məsələlərlə əlaqədar danışıqlarını davam etdirəcəkləri bildirilib.



Әlaqәli Xәbәrlәr