“British Airways” in kompyüter sistemindә nasazlıq, çox sayda reys tәxirә salındı
Böyük Britaniyanın “British Airways” aviaşirkətinin kompüter sistemində baş vermiş texniki qüsurla əlaqədar 300-ə yaxın reys təxirə salınıb.
1249474

Böyük Britaniyanın “British Airways” aviaşirkətinin kompüter sistemində baş vermiş texniki qüsurla əlaqədar 300-ə yaxın reys təxirə salınıb.
“British Airways” aviaşirkətindәn verilәn məlumata görə, problem əsasən Londonun Getvik vә Hitrou hava limanlarında yaşanıb. Mәlumatda şirkәtin yaşanan problem sәbәbindәn sәrnişinlәrdәn üzr istәdiyi bildirilib. Avropanın digər hava limanlarının da zərər çəkdiyi qeyd olunub. Reyslərin ləngimələri ilə əlaqədar hava limanlarında sıxlıqlar yaranıb.
Şirkətdən verilən açıqlamaya görə, hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.