Tramp Venesuelaya aid bütün aktivlərin dondurulması ilə bağlı sərəncam imzaladı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsindəki  Venesuelaya aid bütün aktivlərin dondurulması ilə bağlı prezident sərəncamı imzaladı.

1248357

Ağ Ev Trampın imzaladığı Venesuelaya dair prezident fərmanını ictimaiyyətlə bölüşdü.

"Venesuela dövlətinin aktivlərinin dondurulması" başlığı yayılan sərəncamda: "Venesuelanın ABŞ-dakı bütün aktivləri və bu aktivlərə daxil olan bütün qazancları bloklaşdırılmışdır, bunlar transfer edilə, ixrac edilə, geri çəkilə, və ya satıla bilinməz" ifadələri işlədilir.

Tramp rəhbərliyi Venesuela administrasiyasına qarşı "iqtisadi blokada"nın tətbiq olunacağı bildirilən bu addımla Karakasdan həyata keçirilə bilinəcək bütün iqtisadi əməliyyatların qarşısını tamamilə  aldı.

Digər tərəfdən, eyni fərmanla Venesuela səlahiyyətliləri ilə humanitar yardımdan başqa bütün əməliyyatlar məhdudlaşdırıldı.

ABŞ rəhbərliyi Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətini qanuni hesab etməyən və özünü müvəqqəti dövlət başçısı elan parlament sədri Xuan  Quaydonun başçılıq etdiyi müxaliflərə açıq dəstək verir.

ABŞ tarixində ən ciddi siyasi böhran keçirən Venesuelanı dəfələrlə hərbi müdaxilə ilə hədələyib.
 
Әlaqәli Xәbәrlәr