Hindistan Kəşmirin muxtariyyətinə son qoydu

Hindistan hökuməti Cammu Kəşmirə imtiyazlar verən konstitusiya maddəsini ləğv etdi.

1248320
Hindistan Kəşmirin muxtariyyətinə son qoydu

  Hindistan hökuməti Cammu Kəşmirə imtiyazlar verən konstitusiya maddəsini ləğv etdi.

  Seçki kampaniyası zamanı Cammu Kəşmirin xüsusi statusunun aradan qaldırılacağına dair söz verən Hindistanın baş naziri Narendra Modinin sədrlik etdiyi Milliyyətçi Hindistan Xalq Partiyası (BJP) hökuməti Kəşmirin muxtarlıq quruluşunu 5 avqust qərarıyla ortadan qaldıraraq bölgənin imtiyazlı mövqeyinə son qoydu.

  Qeyd edək ki, Hindistan 1947-ci ildə İngiltərədən ayrılaraq öz müstəqilliyini qazandığı gündən bu yana Cammu Kəşmir muxtar əyalət mövqeyində idi. Bu xüsusi statusa görə, xaricilər bölgəyə yerləşə və mülk əldə edə bilməzdi.

  Cammu Kəşmir hind Hari Sinqh tərəfindən idarə olunan və müsəlman əhalinin əksəriyyət təşkil etdiyi bir əyalət idi.

  Hindistanın daxili işlər naziri Amit Şahın təqdim etdiyi "Cammu və Kəşmirin yenidən qurulması qanunu" federal parlamentin üst qanadı olan Əyalətlər Məclisindən keçdi. Qanuna görə, bölgə Cammu Kəşmir Birlik Torpağı və Ladax Birlik Torpağı olaraq ikiyə bölündü.

  Müxalifətin “bölgədə cəhənnəm yaşanacağı" tənqidlərinə baxmayaraq, daxili işlər naziri “Heç bir şey olmayacaq, bölgə Kosovaya bənzəməyəcək” dedi.

  Qərar Hindistan ilə Pakistan arasındakı gərginliyi artırmağa başlayıb.

  Təklifin keçməsi və əyalətin xüsusi statusunun prezidentin əmriylə qaldırılmasından sonra bölgənin köhnə baş nazirlərindən Omar Abdullah və Mehbuba Mufti 4 avqust axşam saatlarında həbs olunub.



Әlaqәli Xәbәrlәr