BMT Yəməndəki qarşıdurma tərəflərini gərginliyi azaltmağa çağırdı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Yəməndə  son vaxtlar terror və zorakılığın artmasına diqqət çəkərək bölgədəki bütün tərəfləri gərginliyi azaltmağa çağırdı.

1248920

BMT  İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Shamdasani tərəfindən verilən yazılı açıqlamada son 10 gündə Yəməndə Aden, Taiz, Sana, Sadada və digər bölgələrdə mülki vətəndaşların həlak olduğu və yaralandığı bir sıra narahatedici hadisələrin baş verdiyi bildirildi.

Açıqlamada 27 iyul tarixindən etibarən Taiz, Saada və Aden bölgələrində 19 mülki vətəndaşın öldüyü, 42-sinin yaralandığı barədə məlumat verildi, 1 və 2 avqust tarixlərində cənubdakı Aden və Abyan bölgələrində  polis bölməsinə və hərbi düşərgələrə qarşı bir sıra hücumların təşkil edildiyi qeyd edildi.

DEAŞ-ın polis bölməsinə edilən hücumun məsuliyyətini öz üzərinə götürdüyünü, avqustun 1-də Adendəki hərbi parad zamanı raket hücumuna görə Husilərin, 2 avqustda Abyan valiliyindəki hərbi düşərgəyə edilən hücuma görə Əl Qaidənin məsuliyyət daşıdığı vurğulandı.

Əl Qaidə və DEAŞ-a tabe olan silahlı qruplarının ölkədəki fəaliyyətlərini gücləndirdiklərinə diqqət çəkilən açıqlamada bu bölgələrdə son zamanlarda baş verən terror hadisələrinə görə narahatlıq ifadə edildi.
 
Әlaqәli Xәbәrlәr