ABŞ viza ilə bağlı 38 ölkənin vətəndaşlarına yeni qaydalar gətirdi

ABŞ Gömrük və Sərhəd Qoruma Xidmətinin (CBP) internet saytında çıxan məlumatda bildirilir...

1248763
ABŞ viza ilə bağlı 38 ölkənin vətəndaşlarına yeni qaydalar gətirdi

  Amerika Birləşmiş Ştatları viza sərbəstliyi tətbiq etdiyi 38 ölkənin vətəndaşlarına dair qaydalara yeni tənzimləmələr gətirdi.

  ABŞ Gömrük və Sərhəd Qoruma Xidmətinin (CBP) internet saytında çıxan məlumatda bildirilir:

ABŞ Viza Sərbəstliyi Proqramından (VWP) faydalanan 38 ölkənin vətəndaşları yeni tənzimləmələr çərçivəsində 2011-ci ilin 1 martından və sonra Şimali Koreya, İran, İraq, Sudan, Suriya, Liviya, Somali və Yəmənə səyahət edibsə, ABŞ-a yenidən viza almalıdır. Əks halda “VWP”dən faydalanan vətəndaşlar ABŞ-a qəbul edilməyəcək."

  Qeyd edək ki, “VWP” çərçivəsində 38 ölkənin vətəndaşlarına ABŞ-da 90 günə qədər vizasız giriş və qalma haqqı vardır. Sözü gedən ölkələr bunlardır: Andorra, Avstraliya, Avstriya, Belçika, Bruney, Çili, Çexiya, Danimarka, Estoniya, Finləndiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Letonya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Monako, Hollandiya, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan və İngiltərədir.



Әlaqәli Xәbәrlәr