Pakistan Kəşmirdə atılacaq bütün qeyri-qanuni addımlara qarşılıq veriləcəyini bildirdi

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir...

1248154
Pakistan Kəşmirdə atılacaq bütün qeyri-qanuni addımlara qarşılıq veriləcəyini bildirdi

  Pakistan Kəşmirdə atılacaq bütün qeyri-qanuni addımlara mümkün hər cür qarşılıq veriləcəyini bildirdi.

  Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir: “Hindistanın öz idarəsindəki Kəşmirin xüsusi statusunu dəyişdirmə addımlarını kəskin şəkildə qınayırıq. Bu, təktərəfli verilmiş bir qərardır. Hindistanın bu qərarı nə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası, nə Cammu Kəşmir xalqı, nə də Pakistan tərəfindən qəbul edilməyəcək.

  Pakistan Kəşmir xalqının öz taleyi üçün özünün qərar verməsini arzulayır.

  Hökumətimiz Kəşmirdə atılacaq bütün qeyri-qanuni addımlara mümkün hər cür qarşılıq verəcək.”

  Qeyd edək ki, Hindistanda hökumət Cammu Kəşmirə digər əyalətlərdən daha çox muxtarlıq tanıyan konstitusiyanın 370-ci maddəsində dəyişiklik edilməsi üçün parlamentə təklif təqdim edib.



Әlaqәli Xәbәrlәr