ASEAN ölkələri ABŞ və Şimali Koreyanı danışıqlara çağırdı

... Rəsmi Pxenyan Tailanda nüvə silahının ləğvi üzrə danışıqlarda önəmli rol oynayan Şimali Koreyanın xarici işlər naziri Ri Ryon Xonu tədbirə göndərməyib.

1247526
ASEAN ölkələri ABŞ və Şimali Koreyanı danışıqlara çağırdı

  Cənub-Şərqi Asiya Dövlətlərinin (ASEAN) regional forumu ABŞ və Şimali Koreyanı Pxenyanın nüvə silahının ləğvi ilə bağlı işçi danışıqları bərpa etməyə çağırıb.

  Forumun nazirlər görüşü iyulun 3-də Tailandda keçirilib. Görüşdə ASEAN üzvü olan 10 ölkə ilə yanaşı, Yaponiya, ABŞ, Çin və Şimali Koreyanın da nümayəndələri iştirak ediblər.

  Diqqət mərkəzində olan məsələlər içərisində ABŞ və Şimali Koreya arasında Pxenyanın nüvə silahının ləğvi ilə bağlı danışıqların bərpa ediləcəyi xüsusi yer tutub. 

  Qeyd edək ki, rəsmi Pxenyan Tailanda nüvə silahının ləğvi üzrə danışıqlarda önəmli rol oynayan Şimali Koreyanın xarici işlər naziri Ri Ryon Xonu tədbirə göndərməyib.



Әlaqәli Xәbәrlәr