ABŞ-da növbəti silahlı hücum törədildi

Dayton Təhlükəsizlik Müdirliyinin ictimai media hesabından verilən məlumata görə...

1247490
ABŞ-da növbəti silahlı hücum törədildi

  ABŞ-ın Ohio ştatına bağlı Dayton şəhərində bir barın yaxınında təşkil edilən silahlı hücumda 9 adam öldü.

  Dayton Təhlükəsizlik Müdirliyinin ictimai media hesabından verilən məlumata görə, şəhərin Oregon bölgəsində yerli saatla 01.22-də bir barın qarşısında silahlı hücum təşkil edildi. Yaxın bölgədəki polislər hücuma müdaxilə etdi və təcavüzkar qısa müddətdə zərərsizləşdirildi. Təcavüzkardan başqa 9 adamın öldüyü hücumda yaralanan 16 nəfər yaxınlıqdakı xəstəxanalara aparılıb.

  Jurnalist Derek Myers hücum edənin ağır silahllı ağ dərili olduğunu yazıb.

  Polis və FBİ (Federal İstintaq Bürosu) qrupları araşdırmaları davam etdirir.



Әlaqәli Xәbәrlәr