İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 49 fәlәstinli dә yaralanıb

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1247138
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 49 fәlәstinli dә yaralanıb

 

 

İsrail әsgәrlәrinin işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn  aksiyaya sәrt müdaxilәsi nәticәsindә 24-ü hәqiqi güllә ilә olmaqla  49 fәlәstinli xәsarәt alıb.

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda İsrail әsgәrlәrinin fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә 49 fәlәstinlinin müxtәlif dәrәcәli xәsarәtlәr  aldığı vurğulanıb.

Digәr tәrәfdәn İordan çayının qәrb sahilindә cümә namazından sonra keçirilәn aksiyada isә iki fәlәstinlinin xәsarәt aldığı bildirilir. İsrail әsgәrlәrinin mitinq iştirakçılarına gözyaşardıcı qaz vә hәqiqi güllә ilә müdaxilә etdiyi qeyd olunur.

Fələstinlilər 2018-ci il martın 30-dan etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 200-dәn çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.



Әlaqәli Xәbәrlәr