Mariya Zaxarova ABŞ-ın sanksiya qərarlarına reaksiya göstərdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın diplomatik vasitələrdən istifadə etmək yerinə, sadəvə sanksiya tətbiq etdiyini söylədi.

1246501

Zaxarova ABŞ-ın İranın xarici işlər naziri Cavad Zərifi sanksiya siyahısına daxil etməsilə özünü dalana saldığını bildirdi.

Zaxarova bununla bağlı məlumatı paytaxt Moskvada təşkil etdiyi mətbuat konfransında ABŞ-ın İrana qarşı sanksiyaları və Körfəz bölgəsindəki vəzifətlə əlaqədar açıqlamasında verdi.

Bəsra körfəzindəki vəziyyətin narahatlıq doğurduğuna işarə edən Zaxarova “Vəziyyət təhlükəli istiqamətdə irəliləyir və hərbi toqquşma təhlükəsi artır” dedi.

Xatırladaq ki, ABŞ-ın Xəzinə Nazirliyi srağa gün İranın xarici işlər naziri Zərifin sanksiya siyahısına əlavə edildiyini açıqlamışdı. Sanksiyalar Zərifin ABŞ-dakı əmlakı ilə maraqlanmasına mane olur və Amerika vətəndaşlarının Zəriflə hər hansı ticarət əlaqəsi qurmasını qadağan edir.

Zərif sosial şəbəkədən İrandan kənarda əmlakı olmadığı üçün rəsmi Vaşinqtonun onu sanksiya siyahısına salmasının bir təsirinin olmayacağını bildirmişdi.

Әlaqәli Xәbәrlәr