BMT baş katibi iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi  Antonio Guterreş bütün dövlətləri iqlim dəyişikliyi ilə mübarizə məsələsində təcili tədbirlər görməyə çağırdı.

1247009
BMT baş katibi iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq etdi

 
 Birləşmiş Millətlər Təşkilatının baş katibi  Antonio Guterreş Nyu-Yorkda BMT Baş Qərargahında jurnalistlərə verdiyi açıqlamada  Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatlarına görə, ötən ayın bu zamana qədərki ən isti iyul ayı kimi qeydiyyata düşə biləcəyini söylədi.
 
 Yeni Dehli, Ankoric, Paris, Adelaida kimi şəhərlərin hava temperaturunun göstəricilərinə nəzər yetirdikdə Yer kürəsinin 2015-ci ildən 2019-a qədər olan dövrünün "ən isti beş il" kimi qeydiyyatdan keçəcəyini dilə gətirən Quterreş dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə  məsələsində təcili tədbirlər görməsinin vacibliyini vurğuladı.
 
 BMT baş katibi Yer kürəsində cərəyan edən "ifrat hava olayları"nın  aysberqin görünən hissəsi olduğunu bildirdi.
 
Quterreş: "Aysberq də sürətlə əriyir" dedi.

BMT-nin baş katibi dünyada enerji istehsalında və bir sıra digər məsələlərdə sürətli və əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsinin zəruriliyini  qeyd etdi.



Әlaqәli Xәbәrlәr