"ABŞ ən qısa zamanda bu səhvdən dönməlidir"

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır...

1247023
"ABŞ ən qısa zamanda bu səhvdən dönməlidir"

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın “Çindən idxal edilən 300 milyard dollarlıq məhsula 1 sentyabrdan 10 faiz əlavə gömrük vergisi qərarı” həyata keçərsə, rəsmi Pekin buna qarşı tədbirlər görəcəyini bildirdi.

  Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır:

  “Çin bu bəyanatdan narazıdır və ona qarşı çıxır. Problemləri gərginləşdirmək qlobal iqtisadiyyatın xeyrinə deyil. ABŞ ən qısa zamanda bu səhvdən dönməlidir.

  ABŞ avqust ayında planlaşdırılan ticarət danışıqlarına hörmətlə yanaşmalıdır.

  Çin ABŞ-ın təhdidlərindən heç vaxt qorxmur, xalqı da əziyyət çəkməyəcək”.



Әlaqәli Xәbәrlәr