Zəmanətçi ölkələrin Suriya mövzulu 13-cü toplantısı öz işinə başladı

Qazaxıstanın paytaxtı Nur-Sultanda Suriya mövzulu 13-cü zəmanətçilər toplantısı öz işinə başladı. Toplantı çərçivəsində Rusiya və İran arasında ikitərəfli i görüşlər keçirilir.

1245971
Zəmanətçi ölkələrin Suriya mövzulu 13-cü toplantısı öz işinə başladı

Qazaxıstanın paytaxtı Nur Sultanda Suriya mövzulu 13-cü zəmanətçilər toplantısı öz işinə başladı. Toplantı çərçivəsində Rusiya və İran arasında ikitərəfli i görüşlər keçirilir.
 
 Rusiya və İran nümayəndələri "Rits Carlton" otelində Türkiyə vaxtı ilə 07.30-da görüşdülər.
 
 Texniki xarakterli görüşlərin gündəliyində İdlib və Suriyanın şimal-şərqi başda olmaqla, ölkədəki mövcud vəziyyət durur.
 
 Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev, İran nümayəndə heyətinə də xarici işlər nazirinin müavini Əli Əsğər Hacı başçılıq edir.
 
 Türkiyə nümayən heyətinin sədri  xarici işlər nazirinin müavini Sədat Önaldır.
 
 Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen sağlamlıq vəziyyəti ilə əlaqədar toplantıda iştirak edə bilməyəcək.
 
 BMT nümayəndə heyətini toplantıda Pedersenin müavini təmsil edəcək.
 
 Bəşər Əsəd rejimi və hərbi müxalifətin nümayəndə heyətlərinin iştirak edəcəyi əsas iclas sabah keçiriləcək.
 
 İordaniya, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı və Beynəlxalq Qızıl Xaç Komitəsiin nümayəndələri danışıqlarda müşahidəçi statusunda iştirak edəcəklər.
 
 25-26 aprel tarixlərində keçirilən 12-ci toplantıda müşahidəçi statusu verilən Livan və İraq Astana formatlı danışıqlaraa ilk dəfə qoşulacaqlar.
 
 İclaslarda İdlib deeskalasiya zonası və Suriyanın şimal-şərqindəki vəziyyət, toqquşan tərəflər arasında etimadartırıcı tədbirlər, qaçqınların geri qayıdışı, humanitar vəziyyət və müharibədən sonra həyata keçiriləcək yenidənqurma məsələləri müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr