Tramp Putinə yardım təklif etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp Rusiya prezidenti Vladimir Putinə  Sibirdə ötən həftədən etibarən davam edən yanğınları söndürmək üçün yardım təklif etdi.

1246241
Tramp Putinə yardım təklif etdi

 Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı oldu.

Məlumatı Kremlin Mətbuat Mərkəzi yaydı.
 
Məlumata görə, telefon görüşündə  Rusiyanın Sibir bölgəsi və şərqində davam edən yanğınlardan söhbət açılıb və Tramp Sibirdəki yanğınları söndürmək üçün Putinə yardım təklif edib.
 
 Putin Trampa təklifinə görə təşəkkür edib və bu yardım təklifinin Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən qurulmasını təmin edəcəyini vurğulayıb.
 
Məlumatda tərəflərin ikitərəfli görüşlərin davam etdirilməsi məsələsində razılıq əldə etdikləri qeyd olunur.
 
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Sibir bölgəsi və şərqində keçən həftədən etibarən davam edən yanğın nəticəsində 3 milyon hektardan artıq meşə sahəsinin yandığını və 20 fərqli bölgədən 500 yaşayış məntəqəsinin tüstüdən əziyyət çəkdiyini bildirib.
 
 Rusiyanın İrkutsk, Krasnoyarsk, Zabaykalsk, Yakutiya və Buryatya bölgələrində fövqəladə vəziyyət elan edilib.



Әlaqәli Xәbәrlәr