Prezident ABŞ vətəndaşlığından imtina etdi

Somali prezidenti Məhəmməd Abdullah Fermacu ABŞ vətəndaşlığından könüllü olaraq imtina etdi.

1246311
Prezident ABŞ vətəndaşlığından imtina etdi

Somali prezident administrasiyasından yayılan yazılı açıqlamada : “Ölkə konstitusiyasının çüt vətəndaşlığa icazə verməsinə baxmayaraq prezident Fermacu ABŞ vətəndaşlığından imtina etdi. Hər iki ölkə mütəxəssisləri və rəsmiləri proses ilə bağlı işlər aparırlar.

Qeyd edək ki, Ölkədə bir çox ikili vətəndaşlığa sahib yüksək vəzifəli rəsmi var. Onların da prezident kimi ikinci ölkə vətəndaşlığından imtina edib etməyəcəkləri maraqla gözlənir.

Fermacunun ABŞ vətəndaşı olduğu prezident seçkilərinin keçirildiyi dövrdə də mübahisə edilirdi.

 



Әlaqәli Xәbәrlәr